Bank Of Baku

Rotterdam məhkəməsi «FİM Bank»ın Azərbaycana qarşı iddiası ilə bağlı son qərarını dekabrın 24-də açıqlayacaq

Rotterdam məhkəməsi «FİM Bank»ın Azərbaycana qarşı iddiası ilə bağlı son qərarını dekabrın 24-də açıqlayacaq
# 26 noyabr 2008 08:01 (UTC +04:00)
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin hüquqşünası Bəxtiyar Məmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, son qərarın iyunun 18-də açıqlanacağı gözlənilsə də, məhkəmənin həmin gün keçirilən inzibatı iclasında iş çoxluğu ilə əlaqədar bunun təxirə salındığı bildirilib. İddianı təmin etmə tədbiri kimi «New Skies Satellites N.V.» şirkətindəki səhmlərə həbsin qoyulması ilə əlaqədar «FİM Bank»ın Rotterdam məhkəməsində iddia tələbi 6,775 mln. ABŞ dolları kimi göstərilib. Əgər Rotterdam məhkəməsi ölkəmizin xeyrinə qərar versə, «FİM Bank»ın müxtəlif məhkəmələrə verdiyi iddia ərizələri nəticəsində Azərbaycanın Hollandiyada «New Skies Satellites N.V.» şirkətindəki 400 min dollar dəyərində 50 min səhminə, Bermuda adalarında qeydiyyatdan keçmiş «İntelsat Ltd.» şirkətindəki 1,1 mln. dollar payına qoyulmuş həbs götürüləcək.
Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən «Poçtank» ölkə hökuməti adından müəyyən sənədlər təqdim etməklə «FİM Bank»dan kredit alıb. «FİM Bank»da həmin sənədlərin həqiqi olmadığını bilsələr də, ikitərəfli razılaşmalar nəticəsində Azərbaycan bankına kredit verilib. Bu sənədlərdə göstərilib ki, guya Rabitə Nazirliyinə məxsus olan «Aztell» və «Baktell» şirkətləri (əslində, bu şirkətlər mövcud olmayıb) üçün telekommunikasiya avadanlıqları alınacaq və həmin vəsaitin geri qaytarılmasına Rabitə Nazirliyi zəmanət verir. «Poçtbank» bu krediti qaytara bilmədiyi üçün «FİM Bank» onu Azərbaycan dövlətindən almaq məqsədilə müxtəlif ölkələrdə məhkəmələrə müraciət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR