Bank Of Baku

Gələn ildən Azərbaycanda milli poçt operatorunun zərəri dövlət büdcəsindən kompensasiya ediləcək

Gələn ildən Azərbaycanda milli poçt operatorunun zərəri dövlət büdcəsindən kompensasiya ediləcək
# 26 noyabr 2008 09:48 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Gələn ildən etibarən Azərbaycanın milli poçt operatoru olan «Azərpoçt» Dövlət Müəssisəsinə universal poçt xidmətlərinin göstərilməsinə görə dəyən ziyan tam şəkildə dövlət büdcəsindən ödəniləcək. Bu təcrübə ölkədə ilk dəfə tətbiq olunacaq. Bu barədə «APA-Economics»ə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) poçt sektorunun müdiri Novruz Məmmədov məlumat verib.
N.Məmmədovun sözlərinə görə, artıq gələn ilin dövlət büdcəsində bu məqsədlə həm «Azərpoçt», həm də Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi üçün 2 mln. manatdan artıq subsidiya nəzərdə tutulub.
Nazirlik səlahiyyətlisi bildirib ki, universal poçt xidmətlərinin göstərilməsi «Azərpoçt»a ziyanla başa gəldiyindən indiyədək zərərin bir hissəsi dövlət büdcəsindən ayrılmış vəsait, qalanı isə RİTN-in daxili imkanları hesabına kompensasiya edilib.
Qeyd edək ki, 2010-cu ildən «Azərpoçt» DM-nin mənfəətini artırmağa başlanacağı, 2012-ci ildən isə dünyanın inkişaf etmiş ölkələri səviyyəsində yüksək rentabellik qabiliyyətinə malik olacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR