Bank Of Baku

Arif Qaraşov: «Azərbaycanın daşınmaz əmlak bazarında qiymətlərin tənzimlənməsinə ehtiyac duyulur»

Arif Qaraşov: «Azərbaycanın daşınmaz əmlak bazarında qiymətlərin tənzimlənməsinə ehtiyac duyulur»
# 26 noyabr 2008 10:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünyada müşahidə olan maliyyə böhranı Azərbaycanın daşınmaz əmlak bazarındakı qiymətlərə bir o qədər təsir etməyib. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin rəisi Arif Qaraşov bildirib.
A.Qaraşovun sözlərinə görə, maliyyə böhranı ölkənin daşınmaz əmlak sahəsinin dinamikasına 10-15% təsir edib: «Rusiya və Türkiyə kimi ölkələrdə bu dinamika 30-40% səviyyəsində müşahidə olunur. Bir tərəfdən bu sevindirici haldır, digər tərəfdən isə daşınmaz əmlak bazarında qiymətlərin düşməməsi durğunluq yaradıb. Bu da onu göstərir ki, qiymətlərin tənzimlənməsinə ehtiyac duyulur».
A.Qaraşov onu da qeyd edib ki, ölkənin daşınmaz əmlak bazarında temp qalxmalı və bazar işləməlidir: «Mən daşınmaz əmlakın aktivliyinin bu və ya digər amillərindən asılı olaraq aşağı düşməsindən narahatam. Maliyyə böhranı başlayan dövrdən aktivlik təxminən 20% azalıb».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR