Bank Of Baku

Azərbaycanın rayon poçt filiallarında struktur islahatlara başlanılıb

Azərbaycanın rayon poçt filiallarında struktur islahatlara başlanılıb
# 27 noyabr 2008 10:36 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» Dövlət Müəssisəsi (DM) rayon poçt filiallarının Aparatlarının strukturlarının yenidən qurulmasına başlayıb.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, layihə çərçivəsində artıq «Azərpoçt» DM-nin və Bakıdakı Poçt Filiallarının Aparatının strukturu dəyişdirilib, müştəri və bazar yönümlü yeni struktura keçilib. Analoji islahatlar «Azərpoçt»un 57 poçt filialını da əhatə edəcək. Artıq 20-dən çox rayonda bu işlər görülüb. Bu ilin sonuna kimi digər rayonların poçt filiallarında da bu islahatların aparılması başa çatacaq.
İslahatlar Dünya Bankının həyata keçirdiyi «Maliyyə xidmətlərinin inkişafı Layihəsi» çərçivəsində yeni xidmətlərin təşkili məqsədilə aparılır. Bu islahatlara uyğun olaraq, rayon şöbələrində yeni şöbələr, sektorlar yaradılacaq. Bu məqsədlə poçt şöbələrində islahatların aparılmasına isə gələn ildən başlanılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR