Bank Of Baku

Azərbaycan lisenziyasız proqram təminatından istifadəyə görə dünyada liderlər sırasındadır

Azərbaycan lisenziyasız proqram təminatından istifadəyə görə dünyada liderlər sırasındadır
# 02 dekabr 2008 13:05 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan lisenziyasız proqram təminatından istifadəyə görə dünyada 129 ölkə arasında 3-cü yerdədir. «APA-Economics»in məlumatına görə, bunu «Microsoft Azerbaijan» şirkətinin baş direktoru Teymur Axundov bildirib.
T.Axundovun sözlərinə görə, bu siyahıda ilk yeri Ermənistan, ikinci yeri Banqladeş tutur: «Bu qonşuluq bizə böyük şöhrət gətirmir. Düşünürəm ki, bu vəziyyət nə beynəlxalq imic, nə iqtisadi inkişaf, nə də informasiya texnologiyalarının inkişafı üçün hökumətin investisiya siyasətinə uyğun deyil. Bu, bizim ümumi bəlamızdır. Bununla mübarizə aparıb situasiyanı düzəltmək lazımdır».
T.Axundov qeyd edib ki, hazırda Azərbaycan hökuməti ilə bu məsələ müzakirə edilir və bununla bağlı hökumətlə şirkət arasında bir necə sənədin imzalanması nəzərdə tutulur: «Microsoft» özü pirat proqram məhsullarının istifadəsinə qarşı tək mübarizə apara bilmir və bunu tək də etməməlidir. Bu, hökumətin səlahiyyətində olan məsələdir. Ona görə də Azərbaycan hökuməti ilə intellektual mülkiyyətin qorunması və mühafizəsi ilə bağlı müzakirələr aparırıq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR