Bank Of Baku

Azərbaycanda elektron imzanın tətbiqi üçün Milli Açıq Açar İnfrastrukturunun qurulması bir ilə yekunlaşacaq

Azərbaycanda elektron imzanın tətbiqi üçün Milli Açıq Açar İnfrastrukturunun qurulması bir ilə yekunlaşacaq
# 02 dekabr 2008 14:59 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycanda elektron imzanın tətbiqi üçün Milli Açıq Açar İnfrastrukturunun qurulması üzrə işlər gələn ilin oktyabrına kimi yekunlaşacaq. «APA-Econimics»in məlumatına görə, bunu «Microsoft-Azerbaijan» şirkətinin baş direktoru Teymur Axundov bildirib.
T.Axundovun sözlərinə görə, gələn ilin martında layihənin pilot mərhələsinin yekunlaşdırmaq nəzərdə tutulur. Layihənin icrasına təqribən 1 ay əvvəl başladıqlarını deyən «Microsoft-Azerbaijan» rəsmisi bildirib ki, onun həyata keçirilməsi nəticəsində hər bir vətəndaşın elektron imzası olacaq. Vətəndaşlar xüsusi şifrələnmiş smart-kart vasitəsi ilə elektron imzadan adi imza kimi istifadə edə biləcəklər.
Xatırladaq ki, Azərbaycan Rabitə və İnformasiya Texnologiya Nazirliyinin Məlumat Hesablama Mərkəzi bu ilin iyulunda ölkədə elektron imzanın tətbiqi üçün Milli Açıq Açar İnfrastrukturunun yaradılması üzrə tender elan edib. Tenderin qalibi «Ultra Computers», «Azerin» və «Microsoft» şirkətlərindən ibarət konsorsium olub.
Azərbaycanda «Elektron imza və elektron sənəd haqqında» qanun 2004-cü ildə qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR