Bank Of Baku

Bakıda TRACECA Hökumətlərarası Komissiyasının Milli Katibləri və Avropa İttifaqı ekspertlərinin iclası keçirilir

Bakıda TRACECA Hökumətlərarası Komissiyasının Milli Katibləri və Avropa İttifaqı ekspertlərinin iclası keçirilir
# 03 dekabr 2008 06:57 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Bakıda TRACECA Hökumətlərarası Komissiyasının Milli Katibləri və Avropa İttifaqı ekspertlərinin iclası işə başlayıb. Bu barədə «APA-Economics»ə TRACECA-nın Azərbaycan Milli Katibliyindən məlumat verilib.
Milli katiblər dekabrın 4-də Bakıda keçiriləcək TRACECA-nın nazirlər konfransının gündəliyini, burada müzakirəyə çıxarılacaq məsələləri son dəfə müzakirə edəcəklər.
Qeyd edək ki, sabah keçiriləcək yubiley konfransında TRACECA-nın inkişafı, gələcək planlar, genişlənməsi və s. məsələlərin müzakirəsi gözlənilir.
Tədbirdə TRACECA-ya üzv ölkələrdən başqa Pakistan, İran, Əfqanıstan və Rusiyanın nəqliyyat nazirlərinin də iştirakı planlaşdırılır.
Qeyd edək ki, mərkəzi qərargahı Bakıda yerləşən TRACECA Hökumətlərarası Komissiyası 1998-ci ildə Azərbaycanın təşəbbüsü ilə yaradılıb. Quruma Avropa və Asiyanın 12 dövləti üzv olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR