Bank Of Baku

Azərbaycan və Belarus traktor istehsalı üzrə birgə müəssisə yaradır

Azərbaycan və Belarus traktor istehsalı üzrə birgə müəssisə yaradır
# 03 dekabr 2008 06:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gəncə Avtomobil Zavodu (GəncAZ) ilə Minsk Traktor Zavodu arasında traktor istehsalı üzrə Azərbaycan-Belarus birgə müəssisəsinin yaradılmasına dair danışıqlar aparılır. Bu barədə «APA-Economics»ə GəncAZ-ın direktorunun birinci müavini Kamran Nəzərov məlumat verib.
K.Nəzərovun sözlərinə görə, bu məsələ aktual olaraq qalır və hazırda tərəflər arasında danışıqlar davam etdirilir. Artıq bu layihənin icrası üçün ilkin hazırlıq işlərinə başlanılıb.
Müəssisə fəaliyyətə başlayandan sonra traktorların illik istehsal gücü 8-10 min ədəd təşkil edəcək. İstehsal edilən traktorlar Türkiyə, İran, Türkmənistan, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Rusiyanın cənub bölgələrinə və digər ölkələrə ixrac olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR