Bank Of Baku

«Nar Mobile» yeni ofisə köçüb

«Nar Mobile» yeni ofisə köçüb
# 03 dekabr 2008 08:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın üçüncü mobil rabitə operatoru olan «Azerfon» şirkətinin («Nar Mobile» ticarət markası) baş ofisi yeni inzibati binaya köçüb.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «Nar Mobile»ın yeni ofisi Bakı şəhərinin Nobel prospekti,1240 ünvanında yerləşir («Amay» Ticarət Mərkəzi ilə üzbəüz).
Xatırladaq ki, bundan öncə şirkətin baş ofisi «20 Yanvar» metro stansiyasının yaxınlığında – Alatava,2 ünvanında yerləşib.
Qeyd edək ki, «Azerfon» MMC-yə ölkədə GSM standartlı mobil rabitə xidmətləri göstərmək üçün Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 2005-ci ilin dekabrın 30-da lisenziya verilib. Şirkət kommersiya fəaliyyətinə 2007-ci ilin martın 21-də başlayıb. Hazırda şirkətin 870 mindən artıq abunəçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR