Bank Of Baku

«Fonex» şəbəkəsinin «qızıl nömrə»lərinə 50% endirim edilib

«Fonex» şəbəkəsinin «qızıl nömrə»lərinə 50% endirim edilib
# 03 dekabr 2008 09:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramları münasibətilə Azərbaycanın ilk CDMA operatoru olan «CATEL» şirkəti («Fonex» ticarət nişanı) yeni güzəşt kampaniyası keçirir.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «Fonex» şəbəkəsinin «qızıl nömrələri»ni əldə edənlər bu ilin dekabrın 31-dək 50%-lik endirimdən yararlana biləcəklər. İndiyə qədər 300 manat, 200 manat, 150 manat, 100 manat və 75 manat dəyərində olan nömrələri yarı qiymətə əldə etmək mümkündür.
Bundan başqa, 200, 202, 209, 210, 212, 213, 215, 218, 404 və 418 seriyalı nömrələrin siyahısına 220 seriyası da əlavə olunub.
Qeyd edək ki, hazırda «CATEL»in CDMA şəbəkəsinin ümumi tutumu 50 min nömrədən ibarətdir, lakin tələbat artdıqca, CDMA şəbəkəsinin mövcud olan tutumu, yeni modullar əlavə etməklə, 100 min nömrəyədək genişləndirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR