Bank Of Baku

«Azercell» Litva və Malayziyanın mobil operatorları ilə beynəlxalq rouminq müqaviləsi imzalayıb

«Azercell» Litva və Malayziyanın mobil operatorları ilə beynəlxalq rouminq müqaviləsi imzalayıb
# 03 dekabr 2008 13:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telesom» şirkəti ilə Litvanın «Tele-2» və Malayziyanın «U-Mobile» operatorları arasında beynəlxalq rouminq xidməti istifadəyə verilib.
«Azercell» şirkətinin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu, Litva və Malayziya ilə bağlanmış sayca üçüncü rouminq müqaviləsidir. «Azercell» abonentləri hazırda Litvanın «Omnitel», «Bite GSM» və Malayziyanın «Celcom» və «Maxis» (MMSSB) operatorlarının xidmətindən yararlanırlar.
Qeyd edək ki, 1996-cı ildə yaradılan və ümumilikdə 3,5 mln. abunəçisi olan «Azercell» şirkəti indiyədək 146 ölkənin mobil rabitə operatorları ilə 366 rouminq sazişi bağlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR