Bank Of Baku

Ziya Məmmədov: «Azərbaycan «Vikinq» konteyner qatarı marşrutu layihəsinə maraq göstərir»

Ziya Məmmədov: «Azərbaycan «Vikinq» konteyner qatarı marşrutu layihəsinə maraq göstərir»
# 04 dekabr 2008 08:50 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Baltik ölkələrinin təklif etdiyi «Vikinq» konteyner qatarı marşrutu layihəsi Azərbaycanı maraqlandırır. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bildirib.
«Bu dəhliz bizim üçün əhəmiyyət kəsb edir. Bu layihə reallaşacağı təqdirdə ölkənin tranzit potensialının artımı ilə yanaşı, eyni zamanda yüklərin Baltik dənizi limanlarına çatdırılması prosesi asanlaşacaq», - deyə nazir vurğulayıb.
Qeyd edək ki, Ukrayna Dəmir Yolları İdarəsinin 2003-cü ildə açdığı bu qatar reysi 1883 km qət edərək İliçevsk-Kiyev-Klaypeda marşrutu üzrə hərəkət edir və Litvanın Baltik və Ukraynanın Qara dəniz sahillərini birləşdirir.
Bir müddət əvvəl rəsmi Kiyev Azərbaycan, Gürcüstan, Türkmənistan, Özbəkistan və Türkiyə dəmir yolları administrasiyalarına müraciət edərək marşrutun uzadılması təşəbbüsü ilə çıxış edib və İliçevsk-Poti-Batumi bərə xəttini işə salmağa hazır olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR