Bank Of Baku

Bakıda TRACECA Hökumətlərarası Komissiyasının Nazirlər Konfransı keçirilir

Bakıda TRACECA Hökumətlərarası Komissiyasının Nazirlər Konfransı keçirilir
# 04 dekabr 2008 08:58 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, tədbirə TRACECA-ya üzv dövlətlərin nazirləri və milli katibləri, həmçinin İran, Əfqanıstan, Rusiya, Cənubi Koreya, Çin, Türkmənistan, Misir, Baltik ölkələri və Polşanın nəqliyyat nazirləri və ya müvafiq strukturların nümayəndələri, beynəlxalq təşkilatlardan GUAM, BMT-nin Avropa İqtisadi Komissiyası, ATƏT, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Konfransı Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankının təmsilçiləri iştirak edir.
Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bildirib ki, bir sıra ölkə, xüsusilə də İran, Əfqanıstan və Pakistan bu layihədə iştiraka maraq göstərir. Lakin konfransda quruma yeni üzvlərin qəbulu məsələsinin müzakirəsi planlaşdırılmır.
Konfransda «Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Sazişin (ƏÇS) 10 ili: nailiyyətlər və perspektivlər», «TransAvropa nəqliyyat şəbəkələrinin qonşu ölkələrə genişlənməsi, ƏÇS-nin üzv-dövlətləri ilə Avropa Komissiyası arasında qarşılıqlı əlaqə və tərəfdaşlığın möhkəmlənməsində TRACECA strukturunun rolu», «Yeni imkanlar nöqteyi-nəzərindən ƏÇS-nin inkişafı və TRACECA-nın təşkilati baxımdan möhkəmlənməsi məsələləri», Yubiley Konfransının və TRACECA dövlətləri nəqliyyat nazirlərinin Bəyanatının qəbulu və sonda Hökumətlərarası Komissiyanın protokolunun imzalanması planlaşdırılır.
Qeyd edək ki, mərkəzi qərargahı Bakıda yerləşən TRACECA Hökumətlərarası Komissiyası 1998-ci ildə Azərbaycanın təşəbbüsü ilə yaradılıb. Quruma Avropa və Asiyanın 12 dövləti üzv olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR