Bank Of Baku

Binəli Yıldırım: «Bakı-Tiflis-Qars dəmir yolunun Türkiyə hissəsinin tikintisi 2011-ci ildə yekunlaşacaq»

Binəli Yıldırım: «Bakı-Tiflis-Qars dəmir yolunun Türkiyə hissəsinin tikintisi 2011-ci ildə yekunlaşacaq»
# 04 dekabr 2008 09:31 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu layihəsi çərçivəsində Türkiyə ərazisində tikinti işləri 2011-ci ildə yekunlaşacaq. Bunu «APA-Eonomics»ə açıqlamasında Türkiyənin nəqliyyat naziri Binəli Yıldırım bildirib.
B.Yıldırım hazırda Türkiyə ərazisində Qarsdan Gürcüstan sərhədinədək məsafədə tikinti işləri davam etdirildiyini vurğulayıb. Gürcüstan ərazisində isə 26 km-lik ərazinin 6 km-də torpaq işləri yekunlaşıb.
«Tikinti ilə bağlı hər hansı problem yoxdur. Mərmərə dənizinin altından Avropaya keçəcək dəmir yolu tunelinin tikintisi ilə təxminən eyni vaxtda BTQ-nin də tikintisi yekunlaşacaq», - deyə B.Yıldırım qeyd edib.
Türkiyə ərazisində Qars şəhərindən Gürcüstanla sərhədədək uzunluğu 76 km olan yeni dəmir yolu xətti tikiləcək.
Qeyd edək ki, BTQ-nin tikintisi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında yekun sənəd 2007-ci il fevralın 8-də Tiflisdə imzalanıb. Yeni dəmir yolunun tikinti işlərinə 2007-ci il noyabrın 21-də start verilib. Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkənin «Marabda-Kartsaxi Dəmir Yolları» MMC-yə güzəştli şərtlərlə (illik 1%-lə 25 illiyə) 200 mln. ABŞ dolları məbləğində kredit ayırıb. Bu vəsait hesabına Gürcüstan ərazisində 29 km uzunluğunda yeni yol, Türkiyə ilə sərhəddə təkər dəyişmə məntəqəsi tikiləcək, həmçinin köhnə yol yenidən qurulacaq. Layihənin ümumi dəyəri isə 600 mln. dollardan artıqdır.
Dəmir yolunun Gürcüstan hissəsinin tikintisini Azərbaycanın «Azərinşaatservis» şirkəti həyata keçirir. Dəmir yolunun 2011-ci ilin ortalarına qədər istifadəyə verilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR