Bank Of Baku

Azərbaycan paytaxtında inşa olunan daha bir iri körpü-tunel kompleksində tamamlama işləri aparılır

Azərbaycan paytaxtında inşa olunan daha bir iri körpü-tunel kompleksində tamamlama işləri aparılır
# 04 dekabr 2008 13:46 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bakı şəhərinin Heydər Əliyev, Babək və Şah İsmayıl Xətai prospektlərinin kəsişməsində inşa olunan körpü-tunel kompleksində son tamamlama işləri aparılır. Bu barədə «APA-Economics»ə layihənin podratçısı olan «Akkord» Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Rusiyanın «İMİDİS İnstitutu» QSC tərəfindən həyata keçirilən sınaq proseduraları zamanı körpü kompleksinin layihə və icra sənədlərinin öyrənilməsi, bütün əlçatan konstruksiyaların dəqiq şəkildə müayinəsi, kompleksin ayrı-ayrı hissələrinin statik və dinamik xüsusiyyətləri - yükgötürmə, dayanıqlılıq, hərəkətin rahatlığı və s. keyfiyyətləri yoxlanılıb. Mütəxəssislər bütün sınaqların nəticəsini uğurlu hesab edərək körpü-tunel kompleksinin standartlara cavab verdiyini və istifadəyə tam yararlı olduğunu bildiriblər.
Körpü kompleksi respublikada ilk dəfə xüsusi isitmə sistemi ilə təchiz edilib ki, bu da onun sərt qış aylarında donmasının qarşısını almaq məqsədi daşıyır. Yeni sistem havanın temperaturu 0-4 dərəcə arasında dəyişdikdə avtomatik olaraq işə düşür, temperatur yüksəldikdə isə, öz funksiyasını dayandırır. Kompleksi digərlərindən fərqləndirən əsas cəhətlərdən biri də onun tikintisində təmiz qranitdən istifadə olunması, işıqlandırma dirəkləri və məhəccərlərin paslanmayan materialdan olmasıdır.
Qeyd edək ki, körpü-tunel kompleksinin Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsində 1 saylı yol ötürücüsünün aşırım hissəsinin uzunluğu (qoşa yol ötürücü) 269 metr, eni 23,4 metrdir. Yanaşma yollarla birlikdə körpünün ümumi uzunluğu 439 metr, Babək prospekti ilə Heydər Əliyev prospekti istiqamətində 2 saylı körpünün aşırım hissəsinin uzunluğu 312 metr, eni 11,7 metrdir. Yanaşma yollarla birlikdə körpünün ümumi uzunluğu 512 metr, Heydər Əliyev prospekti ilə Bakı Əyləncə Mərkəzi istiqamətində 3 saylı yol ötürücünün aşırım hissəsinin uzunluğu 265 metr, eni 11,7 metr təşkil edir. Yanaşma yollarla birlikdə körpünün ümumi uzunluğu 390 metrə, Təbriz küçəsi ilə Heydər Əliyev prospekti istiqamətində 4 saylı yol ötürücünün aşırım hissəsinin uzunluğu 340 metrə, eni 11,7 metrə bərabərdir. Yanaşma yollarla birlikdə körpünün ümumi uzunluğu 540 metr, dəmiryolu üzərindən keçən yol ötürücünün uzunluğu 63 metr, yanaşma yollarla birlikdə 81 metr, Babək prospektində 1 saylı tunelin uzunluğu 560 metr, eni 10,6 metr, «Excelsior» oteli yanında açıq tunelin (2 saylı) uzunluğu 220 metr, eni 11 metrdir. İki istiqamətdə yan yolların ümumi uzunluğu 2600 metr təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR