Bank Of Baku

Azərbaycan paytaxtının içməli su ilə normal qaydada təminatı bu gün bərpa olunacaq

Azərbaycan paytaxtının içməli su ilə normal qaydada təminatı bu gün bərpa olunacaq
# 05 dekabr 2008 11:46 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə «Azərsu» ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aqşin Rüstəmov məlumat verib.
A.Rüstəmovun sözlərinə görə, artıq səhər saatlarında paytaxtın bəzi ərazilərinin su təchizatı bərpa olunub. Hazırda anbarlara suyun vurulması prosesi gedir.
Qeyd edək ki, dekabrın 3-dən Bakı şəhərinin əksər yaşayış massivlərinin içməli su təchizatı dayandırılıb. Buna səbəb Bakı Metropoliteninin «Azadlıq» stansiyasının tikintisi ilə əlaqədar 1200 mm diametrli magistral su kəmərlərinin yerinin dəyişdirilməsi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR