Bank Of Baku

Azərbaycanda dəniz nəqliyyatında fəaliyyət göstərən təşkilat rəhbərləri üçün təlim kursları keçiriləcək

Azərbaycanda dəniz nəqliyyatında fəaliyyət göstərən təşkilat rəhbərləri üçün təlim kursları keçiriləcək
# 06 dekabr 2008 08:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev-APA-Economics. Bu ilin dekabr ayının 8-dən 29-dək Azərbaycan Dövlət Dəniz Administrasiyasının təşkilatçılığı ilə ölkədə dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbər işçiləri üçün tədris-təlim kursları keçiriləcək.

Dəniz Administrasiyasından «APA-Economics»ə verilən məlumata görə, kurslarda mülkiyyət növündən asılı olmayaraq idarə və təşkilatların 48 nümayəndəsi iştirak edəcək. Kurslar Santk-Peterburqda (Rusiya) fəaliyyət göstərən Admiral Makarov adına Dövlət Dəniz Akademiyasının səlahiyyətli mütəxəssisləri tərəfindən həyata keçiriləcək.
Qeyd edək ki, kursları müvəffəqiyyətlə bitirən mütəxəssislərə sertifikat veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR