“20 azərbaycanlı mühəndis “Baykar texnoloji Azərbaycan” şirkətində fəaliyyətə başlayıb”.
“APA-Economics" xəbər verir ki, bunu "Baykar" şirkətinin Texniki direktoru, “Texnofest” İdarə Heyətinin sədri Səlcuq Bayraktar jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Pilotsuz uçuş aparatları (PUA) istehsalı və tədrisi məqsədi ilə "Baykar Texnoloji Azərbaycan" qurulub: “Mühəndis komandamız azərbaycanlı gənc qardaşlarımızla birlikdə işləməyə başlayıb. Onlar daha çox suni intellekt və faydası daha yüksək olacaq sahələr üzərində işləməyə başlayıb. Hazırda 20 azərbaycanlı mühəndis sözügedən sahədə fəaliyyətini davan etdirir”.
“Bununla yanaşı digər sahələrdə də çalışacaq komandalarımız yetişib. Sözügedən rəqəmlər sizə kiçik gələ bilər, lakin dünyanın ən böyük işlərini kiçik amma doğru təməllər üzərinə qurulmuş komandalar həyata keçirib. Hansı ki, “Baykar” da əvvəllər kiçik bir komanda ilə fəaliyyətə başlamışdı”,- S.Bayraktar vurğulayıb.