74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində poçt markası təqdim edilib.
"APA-Economics" xəbər verir ki, markanın "söndürülməsi" mərasimi Heydər Əliyev Mərkəzində baş tutub.
Sənədi "Azərkosmos"un İdarə Heyətinin sədri Saməddin Əsədov və Beynəlxalq Astronavtika Federasiyasının (IAF) prezidenti Kley Mouri (Clay Mowry) imzalayıb.
“Azərpoçt” MMC tərəfindən hazırlanan marka Belarus Respublikasının Bobruysk şəhərinin “Bobruisk Integrated Printing House” çap evində iki növ blok olmaqla hər biri 5 000 ədəd tirajla çap olunub. Buraxılış üzrə hər bir blokda 4 marka ümumilikdə isə 8 markadan ibarət kiçik vərəqlər şəklindədir.