Bank Of Baku

ADY bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

ADY bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
# 25 iyun 2023 17:56 (UTC +04:00)

Azərbaycan Dəmir yolları(ADY) bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə “APA-Economics” Azərbaycan Dəmir Yollarının(ADY) yaydığı məlumata istinadən xəbər verir.

Məlumatda deyilir ki, 26 iyun-2 iyul tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə hər gün - Bakı-Ağstafa marşrutu üzrə saat 08:25 və 08-45, Ağstafa-Bakı marşrutu üzrə saat 16:00 və 17:10, Bakı-Qəbələ-Bakı marşrutu üzrə hər gün - Bakı-Qəbələ saat 07:30, Qəbələ-Bakı üzrə saat 19:30-da reyslər keçiriləcək.

Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlar isə qeyri-iş günlərinin qrafikinə uyğun fəaliyyət göstərəcək.

Cədvəllə tanış olmaq üçün www.ady.az saytına daxil ola bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR