Bank Of Baku

ADY: Dünənki zəlzələdən sonra qatarların qrafik üzrə hərəkəti tam bərpa edilib

ADY: Dünənki zəlzələdən sonra qatarların qrafik üzrə hərəkəti tam bərpa edilib
# 04 sentyabr 2023 17:14 (UTC +04:00)

3 sentyabr saat 20:35 radələrində Kürdəmir stansiyasından 14 km cənubda - Kürdəmir rayonunda baş vermiş zəlzələdən dərhal sonra “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) ərazidəki infrastruktur obyektlərinə texniki baxış keçirilib, süni mühəndis qurğularının (körpülər, tunellər və s.) vəziyyəti yoxlanılıb.

ADY-dən “APA-Economics”ə verilən məlumata görə, aparılan yoxlamalara əsasən zəlzələ nəticəsində yol infrastrukturuna ziyan dəymədiyi məlum olub.

“Yük qatarlarının hərəkəti tam bərpa edilib. Sərnişin qatarları da hazırda qrafik üzrə hərəkət edir”, - məlumatda qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR