Sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun iştirakçıları Zəngilan rayonunun Ağalı kəndində ağacəkmə kampaniyasında iştirak ediblər.
"APA-Economics" xəbər verir ki, forum iştirakçılarına Ağalı kəndi ilə bağlı məlumat verilib.
Onlar sakinlərlə görüşüblər, yaradılan şəraitlə tanış olublar.
Qeyd edək ki, ilk “Ağıllı kənd” layihəsinin təməli 2021-ci ilin aprelində dövlət başçısı tərəfindən qoyulub. 2022-ci ilin mayında Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub.