Bank Of Baku

Agentlik abonentlərə içməli suya qənaət etməyi tövsiyə edib

Agentlik abonentlərə içməli suya qənaət etməyi tövsiyə edib
# 11 sentyabr 2023 10:46 (UTC +04:00)

Son günlər müşahidə olunan intensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlıq həddən artıq yüksək olduğundan Kür Sutəmizləyici Qurğular Kompleksində emal olunan suyun həcmi xeyli azalıb.

APA-Economics” Dövlət Su Ehtiyatları Agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, bununla əlaqədar Şirvan, Hacıqabul, Saatlı, Sabirabad, Salyan, Neftçala, Biləsuvar şəhərlərinə, magistral su kəmərlərinin marşrutu boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ və Səbail rayonlarının bir hissəsinə içməli su məhdudiyyətlərlə verilir.

“Bu müddətdə abonentlərə içməli suyu qənaətlə istifadə etməyi tövsiyə edirik”, - deyə məlumatda bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR