Bank Of Baku

Ağırçəkili maşınların müşayiət olunmasına görə xidmət haqqının məbləği müəyyənləşib

Ağırçəkili maşınların müşayiət olunmasına görə xidmət haqqının məbləği müəyyənləşib
# 09 avqust 2023 15:02 (UTC +04:00)

İriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin mühafizə və müşayiət avtomobilləri ilə müşayiət olunmasına və hərəkət marşrutunun müəyyən olunmasına görə xidmət haqqının məbləği müəyyən edilib.

APA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, iriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin mühafizə və müşayiət avtomobilləri ilə müşayiət olunmasına və hərəkət marşrutunun müəyyən olunmasına görə xidmət haqqının məbləği aşağıdakı kimi olacaq:

İriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin mühafizə avtomobilləri ilə müşayiət olunması (1 kilometr üçün) - 1,49 manat;

İriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin müşayiətavtomobilləri ilə müşayiət olunma (1 kilometr üçün) - 1,68 manat;

Hərəkət marşrutunun müəyyən olunması - 30 manat;

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR