Bank Of Baku

Anar Rzayev: Azad edilmiş ərazilərə səfərləri asanlaşdırmaq üçün nəqliyyat infrastrukturu qurulur

Anar Rzayev: Azad edilmiş ərazilərə səfərləri asanlaşdırmaq üçün nəqliyyat infrastrukturu qurulur
# 12 iyun 2023 13:10 (UTC +04:00)

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi müntəzəm avtobus reysləri ilə işğaldan azad olunmuş ərazilərə səfərləri təşkil etməkdə davam edir. Sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi və məlumat bazasının formalaşdırılması məqsədilə marşrut xətləri üzrə bilet satışı www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir.

Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev “APA-Economics”ə müsahibəsi zamanı bildirib.

Onun sözlərinə görə, təhlükəsizliyin təmin olunması, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşdirilməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya edilib.

“Bu günə qədər 22 mindən çox sərnişin işğaldan azad olunmuş ərazilərə səfər edib. İşğaldan azad edilmiş ərazilərə sərnişindaşıma fəaliyyətinin genişləndirilməsi və müxtəlif istiqamətlərdən yeni avtobus marşrutlarının açılmasına gəlincə, bu, tələbatla yanaşı, mövcud infrastruktur nəzərə alınmaqla tənzimlənir. İşğaldan azad olunmuş ərazilərə səfər zamanı həm sərnişinlərin, həm də ümumilikdə hərəkətin təhlükəsizliyi təmin edilməlidir. 30 illik işğal və müharibə dövründə Qarabağ bölgəsində infrastruktur tamamilə məhv edilib. Vətəndaşlarımızın azad edilmiş ərazilərə səfərlərini asanlaşdırmaq üçün nəqliyyat infrastrukturu qurulur. Qeyd edim ki, həftəiçi 5 gün Zəngilan rayonunun Ağalı kəndindən Füzuli rayonunun Horadiz şəhərinə avtobus reysi fəaliyyət göstərir”, - deyə Anar Rzayev vurğulayıb.

Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR