2023-cü ilin yanvar-iyun aylarında azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 1 milyard 674 milyon 529.9 min manat vəsait sərf edilib.
“APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 67.4% və ya 674 milyon 645 min manat çoxdur. 2022-ci ilin ilk 6 ayında azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 999 milyon 879.3 min manat vəsait yönəldilib.
Qeyd edək ki, ən çox vəsait Kəlbəcər (344 milyon 611 min manat) , Laçın (328 milyon 972 min manat) və Füzuli (314 milyon 737 min manat) rayonlarına ayrılıb.
| Azad edilmiş rayonlar | 2022-cü il I yarısı min manat | 2023-ci il I yarısı min manat |
| Ağdam | 72638,3 | 134678,8 |
| Füzuli | 170945,6 | 314737,7 |
| Xocavənd | 38876,2 | 34603,7 |
| Şuşa | 51298,6 | 154999,2 |
| Cəbrayıl | 218092,4 | 138505,2 |
| Kəlbəcər | 84758,5 | 344611,7 |
| Qubadlı | 63574,2 | 67651,6 |
| Laçın | 107896,6 | 328972,3 |
| Zəngilan | 191798,9 | 155769,7 |
| Xocalı | - | 38.1 |