Bank Of Baku

AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə əlavə reys yerinə yetirib

AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə əlavə reys yerinə yetirib
# 21 iyun 2023 12:50 (UTC +04:00)

Ötən gündən etibarən ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti ilə əlaqədar uçuşları təxirə salınmış sərnişinlərin daşınması üçün AZAL aviaşirkəti Bakı-Naxçıvan-Bakı marşrutu üzrə əlavə reys yerinə yetirib.

"APA-Economics" xəbər verir ki, aviaşirkətin J2-2153 reysini yerinə yetirən təyyarə təxirə salınmış iki reysin sərnişinləri ilə birlikdə saat 12:37-də Heydər Əliyev Beynəlxalq Aeroportundan Naxçıvana yola düşüb.

Beləliklə, təxirə salınmış reyslərin bütün sərnişinləri Naxçıvana yola düşüblər. Bundan sonra bu istiqamətdə uçuşların icrası əsas cədvələ uyğun olaraq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR