Bank Of Baku

AZAL-ın gecikmiş reysi Bakıdan İstanbula yola salınıb – YENİLƏNİB

AZAL-ın gecikmiş reysi Bakıdan İstanbula yola salınıb – YENİLƏNİB
# 14 iyul 2023 14:20 (UTC +04:00)

"Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) texniki səbəbdən gecikmiş J2 75 reysinin sərnişinləri digər təyyarə ilə saat 13:46-da Heydər Əliyev Beynəlxalq Aeroportundan İstanbula uğurla yola düşüblər.

AZAL-dan “APA-EConomics”ə verilən məlumata görə, Həmçinin İstanbul-Bakı marşrutu üzrə gecikmiş reysin uçuşu Bakı vaxtı ilə saat 16:50 həyata keçiriləcək.

Əlavə suallar yarandıqda, aviaşirkətin çağrı mərkəzinə [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərsiniz.

***

11:51

"Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) Bakı-İstanbul marşrutu üzrə həyata keçiriləcək J2 75 reysinin uçuşu texniki səbəbdən gecikir.

AZAL-dan “APA-EConomics”ə verilən məlumata görə, gecikmiş reysin sərnişinləri yaxın zamanda İstanbul Hava Limanına digər təyyarə ilə yola düşəcəklər.

Əlavə suallar yarandıqda, aviaşirkətin çağrı mərkəzinə [email protected] elektron poçt vasitəsilə müraciət edə bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR