Bank Of Baku

AZAL Kişineu şəhərinə biletlərin satışına başlayıb

AZAL Kişineu şəhərinə biletlərin satışına başlayıb
# 17 avqust 2023 15:31 (UTC +04:00)

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Moldovanın paytaxtı Kişineu şəhərinə biletlərin satışına başlayıb.

AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, bu istiqamətdə uçuşlar sentyabrın 15-dən həftədə iki dəfə - bazar ertəsi və cümə günləri yerinə yetiriləcək.

Əlverişli uçuş cədvəli sayəsində sərnişinlər səyahətləri üçün ən yaxşı vaxtı seçə biləcəklər.

Kişineuya reyslərə biletləri “Azərbaycan Hava Yolları”nın internet saytında - www.azal.az, mobil əlavədə və aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək olar.

Qeyd edək ki, Moldovanın paytaxtı zəngin tarixi, mədəni irsi və gözəl memarlığı ilə tanınır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR