Bank Of Baku

AZAL Qurban bayramı ilə bağlı aviabiletlərin qiymətini endirib

AZAL Qurban bayramı ilə bağlı aviabiletlərin qiymətini endirib
# 27 iyun 2023 17:13 (UTC +04:00)

“Azərbaycan Hava Yolları” Qurban bayramı münasibətilə aviabiletlərə 20% güzəşt təqdim edir.

Qurumdan "APA-Economics"ə bildirilib ki, endirimli aviabiletləri 28 iyun-2 iyul tarixləri aralığında əldə etmək mümkündür. Təklif aviaşirkətin bütün istiqamətləri üzrə 2023-cü il 20 sentyabr-20 dekabr daxil olmaqla mövcud olan bir tərəfə və ya gediş-gəliş aviabiletlərinə şamil olunur.

Aviaşirkətin bu təşəbbüsü sayəsində sərnişinlər payız tətilini öncədən planlaşdıra biləcəklər.

20% güzəşt çarter və kod-şerinq reysləri istisna olmaqla, AZAL-ın bütün reyslərinə şamil edilir.

Endirimli aviabiletləri kassalarda və ya “Azərbaycan Hava Yolları”nın akkreditə olunmuş agentliklərində, həmçinin [email protected] elektron poçtu vasitəsilə çağrı mərkəzinə müraciət edərək əldə etmək mümkündür: “AZAL dünya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edir, möhkəm cansağlığı və əmin-amanlıq, həmçinin edilən duaların qəbul olunmasını və arzuların həyata keçməsini arzulayır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR