Bank Of Baku

AZAL və “YAŞAT” Fondu arasında Əməkdaşlıq Memorandumu imzalanıb - FOTO

AZAL və “YAŞAT” Fondu arasında Əməkdaşlıq Memorandumu imzalanıb - FOTO
# 30 avqust 2023 16:28 (UTC +04:00)

30 avqust 2023-cü il tarixində Azərbaycanın milli aviadaşıyıcısı “Azərbaycan Hava Yolları” QSC və "ASAN xidmət"in “YAŞAT” Fondu arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

APA-Economics” xəbər verir ki, sənədi QSC-nin birinci vitse-prezidenti Samir Rzayev və “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov imzalayıblar.

Sözügedən əməkdaşlıq Fond tərəfindən reallaşdırılan sosial layihələr üçün “Azərbaycan Hava Yolları” aviaşirkəti tərəfindən dəstək tədbirlərini nəzərdə tutur.

Qeyd olunan əməkdaşlıq sosial məsuliyyət çərçivəsində AZAL və “YAŞAT” Fondu tərəfindən müvafiq kateqoriyadan olan şəxslərin həyat keyfiyyətinin yaxşılaşdırılmasına real töhfələr verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR