Bank Of Baku

Azərbaycan Belarusda keçiriləcək beynəlxalq sərgi-yarmarka və iqtisadi forumda iştirak etməyə dəvət olunub

Azərbaycan Belarusda keçiriləcək beynəlxalq sərgi-yarmarka və iqtisadi forumda iştirak etməyə dəvət olunub
# 01 aprel 2019 10:55 (UTC +04:00)

Azərbaycandan olan sahibkarlar mayın sonunda Belarusda keçiriləcək beynəlxalq sərgi-yarmarka və iqtisadi forumda iştirak edə bilərlər.

ONA-nın Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (“Azpromo”) istinadən verdiyi məlumata görə, cari ilin mayın 23-26-da Belarusun Qomel şəhərində “Qomeldə bahar” adlı XX Beynəlxalq sərgi-yarmarkası, mayın 24-də isə XVI Qomel iqtisadi forumu keçiriləcək.

“Azərbaycan şirkətləri hər iki tədbirdə iştirak etməyə dəvət olunurlar”, - deyə “Azpromo”nun məlumatında bildirilir.

Forumda təşkil olunacaq sessiyalar aqrar-sənaye, mənzil-tikinti və nəqliyyat kompleksləri, ticarət, qida və iaşə xidmətləri, həmçinin orta və kiçik sahibkarlıq sahələrini əhatə edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR