Bank Of Baku

Azərbaycanda dəniz nəqliyyatı ilə yük daşınmaları 25%-dən çox artıb

Azərbaycanda dəniz nəqliyyatı ilə yük daşınmaları 25%-dən çox artıb
# 13 iyun 2023 17:46 (UTC +04:00)

Azərbaycanda dəniz nəqliyyatı ilə 2023-cü ilin yanvar-may aylarında daşınmış yüklərin həcmi 3 575,8 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 25,3% artıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, yüklərin 56,7%-ni neft yükləri təşkil edib.

Dəniz limanları tərəfindən 5 061,4 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 4 159,4 min tonunu və ya 82,2%-i tranzit yüklər təşkil edib. 2023-cü il iyun ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 170,4 min ton olub.

“Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2022-ci ilin müvafiq dövrünə nisbətən 26,5% artaraq 8,6 min nəfər olub”, - məlumatda qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR