2023-cü ilin ilk 6 ayı ərzində piyadaların qatar yoluna qəfil çıxması səbəbindən dəmir yollarında 7 hadisə baş verib.
"Azərbaycan Dəmir Yolları" QSC-dən “APA-Economics”ə verilən məlumata görə, qeyd olunan hadisələr nəticəsində 4 nəfər ölüb, 3 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.