Bank Of Baku

Azərbaycanın tədiyə balansında ötən il 3,5 mlrd. dollar məbləğində profisit yaranıb

Azərbaycanın tədiyə balansında ötən il 3,5 mlrd. dollar məbləğində profisit yaranıb
# 29 mart 2019 18:15 (UTC +04:00)

2018-ci ilin yekunu üzrə Azərbaycanın tədiyə balansında cari əməliyyatlar hesabında 6,1 mlrd. dollar (2017-ci ilə nəzərən 3.6 dəfə artım) məbləğində profisit yaranıb.

ONA-nın məlumatına görə, o cümlədən neft-qaz sektoru üzrə profisit 1,7 dəfə (5,5 mlrd. dollar) artaraq 12,9 mlrd. dollar, qeyri-neft sektoru üzrə Cari əməliyyatlar balansının (CƏB) kəsiri isə ötən ilə nəzərən 19,6% (1,1 mlrd. dollar) artaraq 6,8 mlrd. dollar məbləğində olub.

Nəticədə neft-qaz sektorunun profisiti qeyri-neft sektoru üzrə cari hesabın kəsirini tam örtüb.

CƏB profisitinin əsas amilləri bunlar olub:

- Xarici ticarət balansında profisitin 1,6 dəfə artması;

- İxracın neft-qaz sektoru üzrə 40%, qeyri-neft sektoru üzrə isə 10% artması;

- Xidmətlər balansında kəsirin 1,6 dəfə azalması, o cümlədən, tikinti xidmətləri üzrə kəsirin 1,9 dəfə (1,1 mlrd. dollar) və digər işgüzar xidmətlər üzrə kəsirin 1,5 dəfə (392 mln. dollar) azalması;

- Təkrar gəlirlər balansında profisitin 3,2% (23 mln. dollar) artması.

2018-ci il üzrə tədiyə balansının ümumi profisiti həm neftin qiymətinin 33% bahalaşması, həm də CƏB-da yaranmış müsbət tendensiyalar hesabına formalaşıb. CƏB-da yaranmış 6,1 mlrd. dollarlıq profisit ehtiyat aktivlərinin 3.5 mlrd. dolar artmasını şərtləndirib. 

Qeyd edək ki, tədiyə balansı hesablamalarında xam neftin faktiki orta qiyməti 69,6 dollar (2017-ci ildə 52.4 dollar) olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR