Bank Of Baku

“Azəriqaz”: Bir neçə rayonun qaz təchizatında fasilə yaranacaq

“Azəriqaz”: Bir neçə rayonun qaz təchizatında fasilə yaranacaq
# 06 sentyabr 2023 09:30 (UTC +04:00)

Bu gün saat 10:00-dan Abşeron rayonu, Hökməli qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi və siyirtmələrin əvəzlənməsi, “Qaz İxrac” İdarəsi tərəfindən saat 09:00-dan "Zabrat-Buzovna-Türkan" magistral qaz kəmərində görüləcək təmir işləri və saat 10:00-dan “Əskipara-Qazax qolu” magistral qaz kəməri üzərində qaz tənzimləyici qurğunun quraşdırılması, siyirtmələrin dəyişdirilməsi ilə əlaqədar qaz təchizatı dayandırılacaq.

SOCAR “Azəriqaz” İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, təmir-quraşdırma işləri aparılan müddətdə Abşeron rayonunun Hökməli qəsəbəsinin (tam olaraq), Xəzər rayonunun Mərdəkan və Şüvəlan qəsəbələrinin (bir hissəsinin) və Qazax rayonunun (bir hissəsinin) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR