Cari ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 45 ölkəsinə 12,7 mln. dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.
“APA-Economics” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaydığı məlumata istinadən xəbər verir ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78%-ni təşkil edib.
Bu ilin avqust ayında isə “Azərkosmos” dünyanın 40 ölkəsinə 1,5 mln. dollar dəyərində xidmət ixrac edib.