Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmini məqsədilə "AzstateNet" dövlət şəbəkəsində cari ilin birinci yarısında 391 mln. 630 min zərərli keçid yeni nəsil mühafizə avadanlıqları vasitəsilə, 2 mln. 808 min zərərverici virus mərkəzləşdirilmiş antivirus sistemi vasitəsilə bloklanıb.
“APA-Economics” xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.
Məlumata görə, 49 min 370 virus tərkibli sənədin isə xüsusi mühafizə sistemləri vasitəsilə aşkarlanaraq dövlət qurumlarına göndərilməsinin qarşısı alınıb.