Aviadaşımalara artan tələbatı nəzərə alaraq, AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səyahət etməyi planlaşdıran sərnişinlərə aviabiletləri uçuşdan daha əvvəl əldə etməyi tövsiyə edir. Beləliklə, aviabiletləri əvvəlcədən əldə etmək onlara mümkün narahatlıqların qarşısını almağa kömək edəcəkdir.
“APA-Economics” xəbər verir ki, Aviaşirkət “Azərbaycan Hava Yolları”nın rəsmi saytından aviabiletlərin əldə edilməsi haqqında ətraflı məlumatı özündə əks etdirən video-təlimat hazırlayıb. Video-təlimatla aşağıdakı linkdən tanış ola bilərsiniz: https://www.youtube.com/watch?v=9PiPTkNkBSU .
Qeyd edək ki, sual yarandığı təqdirdə sərnişinlər [email protected] elektron ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.
Bundan əlavə, bildirək ki, mülki aviasiyanın işi müəyyən plana uyğun təşkil olunur. Bu plana bir çox aspektlər, eləcə də uçuş cədvəli, təyyarələrin uçuşdan əvvəl hazırlanması, yekun yoxlamalar və digər məsələlər daxildir.