Bank Of Baku

Bakı-Quba-Rusiya avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq

Bakı-Quba-Rusiya avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq
# 22 avqust 2023 15:50 (UTC +04:00)

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 28-ci km-lik hissəsində yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq 26 avqust saat 01:00-dan 07:00-dək hər iki istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə “APA-Economics” Azərbvaycan Avtomobil Yolları Agentliyinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR