Bank Of Baku

“Baktelecom” ilk dəfə 250 Mbit/s internet tarifini təqdim edir

“Baktelecom” ilk dəfə 250 Mbit/s internet tarifini təqdim edir
# 05 sentyabr 2023 16:36 (UTC +04:00)

Azərbaycanda ilk dəfə qabaqcıl texnologiya şirkəti “Nokia” ilə birgə GPON texnologiyası əsasında 1 Gbit/s sürəti texniki olaraq əldə olunub.

APA-Economics” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, ilkin mərhələdə “Baktelecom” bazarda 250 Mbit/s sürət tarifini təqdim edir. Növbəti mərhələlərdə tələbə əsasən 1 Gbit/s sürət tariflərinin təklif olunması planlaşdırılır.

Qeyd edək ki, 250 Mbit/s sürətində internetin istifadəsi bu sürəti dəstəkləyən mobil, yaxud kompüter cihazlarında və müştərinin ünvanında “Baktelcom”un təqdim etdiyi yeni nəsil (ONT) modem üzərindən təmin edilir. Böyük sahələrdə isə əlavə sürət paylaşıcıdan istifadə edilməklə 250 Mbit/s sürətinin effektiv və kəsintisiz təmin edilməsi mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR