Bank Of Baku

Beynəlxalq Astronavtika Konqresi zamanı Azərbaycana 20-dən çox astronavt gələcək

Beynəlxalq Astronavtika Konqresi zamanı Azərbaycana 20-dən çox astronavt gələcək
# 14 sentyabr 2023 12:23 (UTC +04:00)

Azərbaycanda keçiriləcək Beynəlxalq Astronavtika Konqresində təşkil olunacaq Astronavtlar proqramı çərçivəsində Azərbaycana 20-dən çox astronavtın səfəri planlaşdırılıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Beynəlxalq Astronavtika Konqresinə dair brifinqdə konqresin layihə rəhbəri Rəna Cəfərova bildirib.

Onun sözlərinə görə, ABŞ, Almaniya, Avstriya, Rusiya, Kanada, İtaliya, Yaponiya və digər ölkələrdən gələcək astronavtlar üçün xüsusi proqram hazırlanıb.

"Proqram konqres tədbirləri, tələbələr ilə görüşlər, televiziya verilişlərində çıxışları, həmçinin "İctimaiyyətə açıq gün" çərçivəsində avtoqraf sessiyası və digər tədbirləri özündə ehtiva edir", - deyə Rəna Cəfərova vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR