Bank Of Baku

Bu il Azərbaycanda tikilib istifadəyə verilmiş mənzillərin sayı açıqlanıb

Bu il Azərbaycanda tikilib istifadəyə verilmiş mənzillərin sayı açıqlanıb
# 04 iyul 2023 15:20 (UTC +04:00)

2023-cü ilin yanvar-mart aylarında Azərbaycanda ümumi sahəsi 412 min 352 kvadrat metr olan 3743 ədəd yaşayış evi tikilib istifadəyə verilib.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, illik müqayisədə tikilən evlərin sayı 32.8% artıb. Belə ki, 2022-ci ilin ilk 3 ayında ümumi sahəsi 369 min kvadrat metr olan 2819 ədəd yaşayış evi tikilib istifadəyə verilmişdi.

Qeyd edək ki, bu mənzillərin 2716 ədədi əhali tərəfindən, 897 ədədi qeyri-dövlət müəssələri tərəfindən, 530 ədədi isə dövlət müəssələri tərəfindən tikilib istifadəyə verilib.

Əlavə edək ki, hesabat dövründə 1536 şagirdlik 1 ümumi təhsil müəssisəsi istifadəyə verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR