Bank Of Baku

Bu il əhalinin taksidən istifadə sayı 54 milyonu ötüb

Bu il əhalinin taksidən istifadə sayı 54 milyonu ötüb
# 13 sentyabr 2023 18:28 (UTC +04:00)

Cari ilin yanvar-avqust aylarında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 83,6 mln. ton yük, 1044,4 mln. sərnişin daşınıb.

"APA-Economics" Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,2% və 17,1% artım qeydə alınıb.

Sərnişinlərin 94,8%-i avtobus, 5,2%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Yük dövriyyəsi 4,8%, sərnişin dövriyyəsi isə 16,7% artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR