Bank Of Baku

"CanSat Azərbaycan 2023" tələbə model peyk müsabiqəsinin final mərhələsi keçirilib

"CanSat Azərbaycan 2023" tələbə model peyk müsabiqəsinin final mərhələsi keçirilib
# 04 iyul 2023 11:21 (UTC +04:00)

Azərbaycan Kosmik Agentliyi – “Azərkosmos” tərəfindən təşkil olunan “CanSat Azərbaycan 2023” müsabiqəsinin final mərhələsi keçirilib.

APA-Economics” qurumun yaydığı məlumata istinadən xəbər verir ki, tələbələr arasında keçirilən model peyk müsabiqəsinin finalı Daxili Qoşunların Hacıqabul şəhərində yerləşən hərbi hissəsinin açıq poliqonunda baş tutub.

Ümumilikdə ölkə üzrə 20 yaxın universitetdən 700-dən çox tələbənin yolu bu müsabiqədən keçib. Bu il keçirilən sayca 5-ci “Cansat” müsabiqəsi üzrə ümumilikdə 14 universitetdən 42 komanda müraciət edib. Reallaşdırma, Layihələndirmə, Uçuş öncəsi yoxlamalar və nəhayət Final uçuş mərhələsi uğurla keçirildi.

Komandalar əsasən elektronika, mexanika, proqramlaşdırma üzrə bilik və bacarıqlara malik bakalavr və magistr pilləsində təhsil alan tələbələrdən ibarətdir. 8 komandanın iştirakçıları ADA Universitetinin, Milli Aviasiya Akademiyasının, Xəzər Universitetinin, Sumqayıt Dövlət Universitetinin, UFAZ – Fransız-Azərbaycan Universitetinin, Bakı Alı Neft Məktəbinin və Azərbaycan Memarlıq v İnşaat Universitetinin tələbələridir.

Final – uçuş mərhələsi zamanı finalçılar hazırladıqları 500 qramlıq model peykləri raketlərin daxilinə yerləşdirib 200 metr yüksəklikdən modelləri səmaya buraxdılar. Günün sonuna qədər münsiflər heyəti tərəfindən müsabiqənin qiymətləndirmə meyarlarına uyğun olaraq qaliblər seçiləcək və 5 iyul tarixində komandalara təltifetmə mərasimində qaliblərin adları açıqlanacaq.

Qeyd edək ki, müsabiqəyə qatılan tələbələr unikal təcrübə və dəyərli hədiyyələr qazanmaq imkanı əldə edib. Qaliblərə (ilk 3 yer) pul mükafatları təqdim olunacaq. Həmçinin, müsabiqədə uğurla çıxış edən tələbələr “Azərkosmos”da təşkil olunan təcrübə proqramında iştirak etmək imkanı qazanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR