Bakı şəhərində daha bir küçədə sürət həddi endirilir.
“APA-Economics” Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, 25 iyul tarixindən paytaxtın Yusif Vəzir Çəmənzəminli küçəsində sürət həddi 60 km/saatdan 50 km/saata endirilir.
“Sürücülərdən hərəkət təhlükəsizliyini qorumaq üçün sürət hədlərinə riayət etmələrini xahiş edirik”, - deyə bildirilir.