Bank Of Baku

Əlverişsiz hava səbəbindən Bakı-Tbilisi aviareysləri gecikmə ilə yerinə yetirilib

Əlverişsiz hava səbəbindən Bakı-Tbilisi aviareysləri gecikmə ilə yerinə yetirilib
# 30 avqust 2023 09:31 (UTC +04:00)

Ötən gündən etibarən Tbilisidə hökm sürən əlverişsiz hava şəraiti səbəbindən AZAL-ın J2-9237 və aviaşirkətin tərkibinə daxil olan "Buta Airways"in J2-9225 Bakı-Tbilisi reysləri təxirə salınıb.

"Azərbaycan Hava Yolları" QSC-dən “APA-Economics”ə verilən məlumata görə, şəhərdə hava şəraiti yaxşılaşdıqdan sonra hər iki reysin sərnişinləri Tbilisiyə yola düşüblər.

Aviaşirkətin qaydalarına əsasən, gecikmiş reyslərin sərnişinləri zəruri vasitələrlə, o cümlədən içki və qidalanma ilə təmin olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR