Bank Of Baku

Gürcüstan və Qazaxıstan Baş nazirləri Orta Dəhlizin tam istismara verilməsini müzakirə edib

Gürcüstan və Qazaxıstan Baş nazirləri Orta Dəhlizin tam istismara verilməsini müzakirə edib
# 01 avqust 2023 18:39 (UTC +04:00)

Qazaxıstanda işgüzar səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili həmkarı Alixan Smailovla görüşüb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstanın hökumət administrasiyası yayıb. Bildirilib ki, tərəflər turizm, enerji, nəqliyyat və ticarət sahələrinə dair müzakirələr aparıblar.

Qeyd olunub ki, söhbət zamanı Orta Dəhlizin tam istismara verilməsinin vacibliyinə diqqət çəkilib.

Qaribaşvili qeyd edib ki, Gürcüstan Cənubi Qafqazda Qazaxıstanın etibarlı tərəfdaşıdır. O, Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizi istiqamətində iki ölkə arasındakı tərəfdaşlığın sürətlə gücləndirdiyini vurğulayıb.

Əlavə edib ki, cari ilin ilk altı ayı ərzində Orta Dəhlizlə daşınan yüklərin həcmi 77% artaraq 1,3 milyon tona çatıb.

Alixan Smailov da Qazaxıstanın sözügedən dəhlizlə daşımaların artırılmasında maraqlı olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR