Heydər Əliyev prospektinin 21.4-cü km-lik hissəsində, şəhər istiqamətində və Heydər Əliyev adına Beynəlxalq Hava Limanı istiqamətində ( Hava limanının qarşısı) P tipli istiqamətverici lövhələr quraşdırılıb.
“APA-Economics” xəbər verir ki, lövhələrin quraşdırılması işləri hərəkət intensivliyi nəzərə alınaraq gecə saatlarında aparılıb.