Bank Of Baku

İri neft emalı zavodları üçün ölkəyə gətirilən avadanlıqlar gömrük rüsumundan azad olunub

İri neft emalı zavodları üçün ölkəyə gətirilən avadanlıqlar gömrük rüsumundan azad olunub
# 05 avqust 2023 11:35 (UTC +04:00)

İri neft emalı zavodlarının yenidən qurulması layihələri çərçivəsində ölkəyə gətirilən avadanlıqlar və materiallar idxal gömrük rüsumundan azad olunub.

APA xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərara etdiyi dəyişiklikdı əksini tapıb.

Qərara əsasən, Azərbaycan Respublikası Energetika Nazirliyinin təsdiqedici sənədlərinə əsasən iri neft emalı zavodlarının (xam neft üzrə illik emal gücü 3 milyon tondan az olmayan) yenidən qurulması layihələri çərçivəsində ölkəyə gətirilən avadanlıqlar və materiallar – 2023-cü il yanvarın 1-dən 2 il müddətinə idxal gömrük rüsumuna cəlb olunmayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR